"Raulun qolunu daha gözəl hesab edirəm" - Ən gözəl qolun müəllifi - MÜSAHİBƏ

05:03 15 Aprel 2017

Birinci Divizionun 24-cü turunun "Zaqatala" - "Səbail" matçından sonra (1:1) mart ayının ən gözəl qolunun müəllifi jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, qalib olmasına rəğmən, "Mil-Muğan"lı həmkarı Raul Yaqubzadənin qolunun daha gözəl olduğunu bildirib.

 

-  Meydanda ciddi mübarizə getdi. Bir hissədə biz, digərində isə rəqib yaxşı çıxış etdi. Qolumun qalib olmasına gəlincə, üzərimdə həmişə çalışırdım.

 

-    Vurduğun qolun qalib olacağını gözləyirdin?
-    Raul Yaqubzadənin qolunu daha gözəl hesab edirəm. Hamının seçiminə hörmətlə yanaşıram və vurduğum qola səs verənlərə təşəkkür edirəm. Premyer Liqada belə bir nominasiya yoxdu. PFL rəhbərliyinə təşəkkür edirəm ki, bizi bu cür həvəsləndirməyə çalışırlar.

 

-    Özünü Premyer Liqada oynamağa hazır sayırsanmı?
-    Premyer Liqa təcrübəm azdı. “Neftçi”də oynadığım vaxtlarda çox az oynayırdım. Amma Premyer Liqada oynaya bilərəm.


Digər xəbərlər

Xəbər xətti