Hakimin qulağını dişlədi, ömürlük cəzalandı - VİDEO

17:12 15 Aprel 2017

Tunis Futbol Federasiyası "Sfaksyen" klubunun prezidenti Monsef Hemahemi ömürlük diskvalifikasiya edib.

 

Sportarena.az xəbər verir ki, federasiyanın bu addımına səbəb Hemahemin "Etual dü Sahel"lə oyundan sonra hakimə qarşı etdiyi hərəkət olub. O, referinin "Sfaksyen" əleyhinə penalti təyin etməsindən narazı olub. Görüşdən sonra klub prezidenti hakimlər briqadasına yaxınlaşaraq, onlardan birini öpüb, qulağını dişləyib və yanağına çimdik atıb Hemahem 30 min dinar (təqribən 1500 avro) cəriməyə də məruz qalıb.

 

Qeyd edək ki, görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib. 

 

 


Digər xəbərlər

Xəbər xətti