"Futbolçunu 2 rükət namaz qıldırıb meydana buraxmıram" - Samir Abasov - MÜSAHİBƏ

19:20 15 Aprel 2017

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 26-cı turunda "Zirə" ilə heç-heçə başa çatan (1:1) matçdan sonra mətbuat konfransına qatılıb.

 

Sportarena.az xəbər verir ki, 39 yaşlı mütəxəssis əvvəlcə oyunu şərh edib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyuna həyəcanlı və pis başladıq. Birinci hissədə toparlana bilmədik. Pisdən də pis oynamağımıza baxmayaraq, rəqibə qol epizodu vermədik. Fasilədən sonra yaxşı təsir bağışladıq, çox qaçdıq. Uşaqlarda özünəinam yarandı, qolumuzu vurduq. Düzgün oynayırdıq. Bir az çox top itirdik. Təəssüf ki, son anda qol buraxdıq. Heç kimin gözləmədiyi halda Avropa Liqasından danışırıq. Mövsüm başlayanda nədən danışırdıq, indi nədən danışırıq. Sonadək mübarizə aparacağıq. Şansımız var.

 

- Doğrudanmı "Sumqayıt" bu yarımmüdafiə xətti ilə Avropa Liqasına düşə bilər?

- Çox çətindi. Sumqayıtın adını Avropaya daşımaq üçün çalışırıq. Oraya çıxaq, bəlkə, ondan sonra düzələr.

 

- Sonradan meydana buraxdığınız Bəhlul Mustafazadə dinə inanmır. Bəlkə, Allah buna görə sizi cəzalandırdı?

- Hərənin öz əqidəsi var. Mən belə şeyə önəm vermirəm. Futbolçunu 2 rükət namaz qıldırıb meydana buraxmıram. (Futbolinfo.az)


Digər xəbərlər

Xəbər xətti