"Mübarizə son tura qədər gedəcək" - Ayxan Abbasov - AÇIQLAMA

19:29 15 Aprel 2017

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində "Sumqayıt"la 1:1 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı mütəxəssis Avropa Liqasına vəsiqə uğrunda mübarizənin son tura qədər davam edəcəyini bildirib:

 

"Belə oyundan sonra danışmaq çətindi. Bu matçın belə keçəcəyinə hazır idik. Çünki "Sumqayıt" əzmkarlığı ilə hamıdan üstündü. Ümumən pis oynamadıq. Çatışmayan cəhət qol epizodlarından yararlana bilməməyimizdi. Avropa Liqasına vəsiqə uğrunda mübarizə son tura qədər gedəcək". (Futbolinfo.az)


Xəbər xətti