"Komanda bu qələbələri çoxdan qazanmalıydı" - Elxan Abdullayev - MÜSAHİBƏ

20:53 15 Aprel 2017

“Bu gün layiqli qələbə qazandıq. Komandamı təbrik edirəm. Başqa deyəcək bir sözüm yoxdu”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib. Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə AZAL-ı qəbul edən “Neftçi” darmadağına sevinib. Fikirlərini qısa açıqlayan çalışdırıcı daha sonra oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Əvvəlkilərdən fərqli olaraq, oyundan sonra futbolçularla birgə azarkeşlərə yaxınlaşmadız...

- Mən heç vaxt azarkeşlərə yaxınlaşmamışam. Mənim azarkeşlə nə işim var? Sağ olsunlar, azarkeşlik edirlər, ancaq heç vaxt onlara yaxınlaşmamışam.

 

- Sizcə, hər şey son turda həll ediləcək?

- Proqnoz verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, qarşıda 2 oyunumuz var, hər iki oyunu qələbəylə başa vurmalıyıq.

 

- Qələbəyə rəğmən, əhvalınız yoxdu sanki...

- Niyə sevinməliyəm ki?

 

- Komandanız 4:0 hesabıyla qalib gəlib...

- Komanda bu qələbələri çoxdan qazanmalıydı.


Digər xəbərlər

Xəbər xətti