"Vəziyyət düzələcəksə, bunu indidən bilməliyik" - Tərlan Əhmədov - AÇIQLAMA

20:59 15 Aprel 2017

“Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Bizdə istək çatışmırdı. Komandada zədəlilər də çox idi. Bu cür ağır vəziyyətdə oyunçuları itirmək çox çətindi”.

 

Sportarenat.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə “Neftçi”yə 0:4 hesabıyla uduzan AZAL daha bir zərbə alıb. Matçla bağlı fikirlərini bölüşən Əhmədov daha sonra jurnalistlərin suallarını cavablandırıb:

 

“İlk dövrədə “Qarabağ”a böyük hesabla məğlub olduqdan sonra heç bir oyunda belə uduzmamışdıq. Çempionatın sonuna az qalıb. Heç kimi ittiham etmək istəmirik. İki tur qalıb. Bu iki turu da yola verək, sonra baxarıq necə olacaq”.

 

- Emin Cəfərquliyevin yoxluğu komandanın oyununa necə təsir etdi?

- Bu gün Azərbaycanda universal oyunçulara daha çox ehtiyac var. Ehtiyatda qapıçıdan əlavə 6 oyunçu olur. Meydanda isə 10 oyunçu. Bir oyunçu belə olmayanda, bu, özünü bariz göstərir. Xüsusilə də, bizim kimi maddi çətinliyi olan komandalarda.

 

- Vitse-prezident Vaqif Qasımov komandanın yüksək liqada saxlanılacağı təqdirdə, vəziyyətin düzələcəyini deyib...

- Bu barədə məlumatım yoxdu. Mən də istəyərdim komanda yüksək liqada qalsın. Yaxşı infrastrukturu var. Mən qalacam, qalmayacam, bilmirəm. Lakin 99,9 faiz gedəcəm.

 

- Vəziyyət düzəlsə də?

- Yeni mövsüm avqustun birinci on günlüyündə başlayacaq. Vəziyyət düzələcəksə, bunu indidən bilməliyik ki, heyəti komplektləşdirək. Çempionat başlayandan sonra oyunçu yığmaq çox çətindi.

 

- Oyunçularınız penaltini bölüşə bilmirdi sanki...

- İlk dəfədi bizim lehimizə penalti verdilər. Ancaq bizim əleyhimizə 6 penalti verilib. Verməsələr də, mənim üçün sensasiya olmazdı. Penaltini niyə Nuqzar Kvirtiya vurdu, bilmirəm. Yəqin, öz aralarında elə razılaşıblar. Bizdə ştatlı penalti vuranlar Ruslan Əmircanov, Rəşad Abdullayev və Nuqzardı. Onlar öz aralarında belə razılaşıblar yəqin.

 

- Vaqif Cavadovun oyunu barədə nə deyə bilərsiz?

- Ona vaxt lazımdı. Böyük klublarda oynadıqdan sonra pulsuz oynamaq yəqin ona da təsir edir. Heç kim heç kimi şəxsiyyətinə görə seçmir. Şəxsən mənim üçün futbolçunun dini, irqi, heç bir rol oynamır. O ki qaldı Vaqifə, hər şey onun öz əlindədi.

 

 

- Adətən, 65-ci dəqiqədə hər 3 əvəzetmədən istifadə etmirlər. Ancaq siz bu gün əvəzetmələri tez etdiz, sonradan oyunçunuz Qalperin zədələnəndə, onu əvəz edə bilmədiz...

- Hesab 0:4 olduğundan, mərkəzdəki boşluğu doldurmaq lazım idi. Ona görə, əvəzetmələri tez etdim.

“Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Bizdə istək çatışmırdı. Komandada zədəlilər də çox idi. Bu cür ağır vəziyyətdə oyunçuları itirmək çox çətindi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə “Neftçi”yə 0:4 hesabıyla uduzan AZAL daha bir zərbə alıb.

 

Matçla bağlı fikirlərini bölüşən Əhmədov daha sonra jurnalistlərin suallarını cavablandırıb: “İlk dövrədə “Qarabağ”a böyük hesabla məğlub olduqdan sonra heç bir oyunda belə uduzmamışdıq. Çempionatın sonuna az qalıb. Heç kimi ittiham etmək istəmirik. İki tur qalıb. Bu iki turu da yola verək, sonra baxarıq necə olacaq”.

 

- Emin Cəfərquliyevin yoxluğu komandanın oyununa necə təsir etdi?

- Bu gün Azərbaycanda universal oyunçulara daha çox ehtiyac var. Ehtiyatda qapıçıdan əlavə 6 oyunçu olur. Meydanda isə 10 oyunçu. Bir oyunçu belə olmayanda, bu, özünü bariz göstərir. Xüsusilə də, bizim kimi maddi çətinliyi olan komandalarda.

 

- Vitse-prezident Vaqif Qasımov komandanın yüksək liqada saxlanılacağı təqdirdə, vəziyyətin düzələcəyini deyib...

- Bu barədə məlumatım yoxdu. Mən də istəyərdim komanda yüksək liqada qalsın. Yaxşı infrastrukturu var. Mən qalacam, qalmayacam, bilmirəm. Lakin 99,9 faiz gedəcəm.

 

- Vəziyyət düzəlsə də?

- Yeni mövsüm avqustun birinci on günlüyündə başlayacaq. Vəziyyət düzələcəksə, bunu indidən bilməliyik ki, heyəti komplektləşdirək. Çempionat başlayandan sonra oyunçu yığmaq çox çətindi.

 

- Oyunçularınız penaltini bölüşə bilmirdi sanki...

- İlk dəfədi bizim lehimizə penalti verdilər. Ancaq bizim əleyhimizə 6 penalti verilib. Verməsələr də, mənim üçün sensasiya olmazdı. Penaltini niyə Nuqzar Kvirtiya vurdu, bilmirəm. Yəqin, öz aralarında elə razılaşıblar. Bizdə ştatlı penalti vuranlar Ruslan Əmircanov, Rəşad Abdullayev və Nuqzardı. Onlar öz aralarında belə razılaşıblar yəqin.

 

- Vaqif Cavadovun oyunu barədə nə deyə bilərsiz?

- Ona vaxt lazımdı. Böyük klublarda oynadıqdan sonra pulsuz oynamaq yəqin ona da təsir edir. Heç kim heç kimi şəxsiyyətinə görə seçmir. Şəxsən mənim üçün futbolçunun dini, irqi, heç bir rol oynamır. O ki qaldı Vaqifə, hər şey onun öz əlindədi.

 

- Adətən, 65-ci dəqiqədə hər 3 əvəzetmədən istifadə etmirlər. Ancaq siz bu gün əvəzetmələri tez etdiz, sonradan oyunçunuz Qalperin zədələnəndə, onu əvəz edə bilmədiz...

- Hesab 0:4 olduğundan, mərkəzdəki boşluğu doldurmaq lazım idi. Ona görə, əvəzetmələri tez etdim. (Apasport)


Digər xəbərlər

Xəbər xətti