Budaqsız "Sportinq" 3 xala sevindi

13:25 16 Aprel 2017

Futbol üzrə Portuqaliya ikinci liqasında 36-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoryduğu "Sportinq B" də növbəti matçına çıxıb. Lissabon təmsilçisi doğma meydanda "Madeyra" ilə qarşılaşıb. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nəsirovun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

 
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 50 xalla 22 komanda arasında 12-ci pillədə qərarlaşıb.


Xəbər xətti