Millinin futbolçusunu güllələdilər

14:31 16 Aprel 2017

Panama yığmasının yarımmüdafiəçisi Amirkar Enrikes öldürülüb.

 

Sportarena.az xəbər verir ki, Enrikes bir neçə güllə yarası alıb. Hadisə Sabanitas şəhərində baş verib. 33 yaşlı futboçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Panama Futbol Federasiyası hadisə ilə bağlı “tvitter” səhifəsində futbolçunun ailəsinə başsağlığı verib.

 

Qeyd edək ki, Enrikes Panama yığmasında 2005-ci ildə debüt etmişdi. O, millinin heyətində 75 oyun keçirib. Onun yığmada sonuncu oyunu bu ilin mart ayında ABŞ-a qarşı olub - 1:1.


Xəbər xətti