Mark Bartradan xəbər var - Evə buraxılıb?

17:47 16 Aprel 2017

Aprelin 11-də Çempionlar Liqasının 1/4 final mərhələsində baş tutmalı olan "Borussiya" - "Monako" matçından öncə ev sahiblərini stadiona aparan avtobusun yanında baş vermiş partlayış zamanı yaralanan Mark Bartranın səhhəti yaxşılaşıb.

 

Sportarena.az xəbər verir ki, hadisə zamanı xəsarət alan yeganə futbolçu olan ispaniyalı xəstəxanadan evə buraxılıb.

 

Qeyd edək ki, partlayış zamanı onun qolu sınmış və əməliyyat edilmişdi. Bartra 4 həftə oynaya bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti