"Bu da bir dərsdi" - Roman Qriqorçuk - MÜSAHİBƏ

19:11 16 Aprel 2017

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 26-cı turunda "Kəpəz"ə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Sportarena.az "sport24.az saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ilk dəfə rəqibdən zəif oynadıqlarını söyləyib:

 

- Oyun haqda nə deyə bilərsiniz?

- "Kəpəz" qələbəyə layiq idi. Mövsümdə ilk dəfədi ki, rəqib bizdən üstün oyun sərgilədi. Ozü də bütün komponentlərdə. Ancaq bu da bir dərsdi. Təhlil edib nəticə çıxartmalıyıq.

 

- Komandada motivasiya görmədik. Bu, qizil medaldan əlinin üzülməsi ilə əlaqədar idi?

- Qismən razıyam. Psixo-emosional durumumuz ürəkaçan deyildi.

 

- Fasilədən sonra fərqli "Kəpəz" və fərqli "Qəbələ" gördük...
- Razıyam. "Kəpəz"də fantastik istək var idi.

 

- Hakimlik ve meydandan narazılığınız yoxdu?
- Mövsüm ərzində olub. Amma son oyunlarda heç bir iradım yoxdu. Meydançaya gəlincə, əvvəlkitək pis deyildi. Həm də rəqibin oyunu her şeyi göstərir və deyir.

 

- Ikinci hissənin əvvəlində müdafiə və hücum arasında dəlik yarandı. Tez açılmadınız?

-  Umumiyyətlə, ikinci hissənin futbolu mənə yaddı. Bu azarkeşin xoşuna gələ bilər. Amma mən bunu futbol saymıram.


Digər xəbərlər

Xəbər xətti