"Bütün oyunları belə keçirmək mümkün deyil" - Şahin Diniyev - MÜSAHİBƏ

19:23 16 Aprel 2017

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Sportarena.az sport24.az saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq matç haqda danışıb:

 

- Zənnimcə, "Kəpəz" 2 ilin ən yaxşı oyununu sərgilədi. Komandamla fəxr edirəm. İlk hissədə də pressinq tətbiq etdik. Komandamız fərdi yox, kollektiv şəkildə əla oynadı. Rəqibə boş sahə vermədik. Bilirdik ki, fərdi qaydada bizi məyus etmək iqtidarındadırlar.

 

- Bu oyunda nə var idi ki, əvvəlkilərdə olmayıb?
- Üçüncü dövrəyə pis başladıq. Psixoloji sarsıntı keçirirdik. Indi isə səhvə yol verə bilmərik. Sanki minalanmış meydandayıq. Bütün oyunları belə keçirmək mümkün deyil. Bu şəraitdə futbolçuları qəhrəman sayıram.

 

- Nədər major notda danışsanız da, rəqibin iki zərbəsi dirək və tirdən döndü. Müdafiədən də razısınız?

- Müdafiə olunmaq tək müdafiəçilərin işi deyil. Ebah kömək edirdisə, Orxan, Dario ve Serjio bunu etmirdi. Ancaq biz qat-qat çox qol imkanı yaratdıq. Bu da həmin üçlüyün zəhmətidi. 


Xəbər xətti