Azarkeş oyun zamanı öldü - Almaniyada

21:40 16 Aprel 2017

Almaniya çempionatının 29-cu turunda keçirilən “Leyptsiq” - “Frayburq” qarşılaşmasında ölüm hadisəsi baş verib.

 

Sportarena.az xəbər verir ki, “Leyptsiq”in azarkeşi oyun zamanı dünyasını dəyişib. 56 yaşlı fanatın ürək tutmasından öldüyü bildirilir. O, oyun zamanı özünü pis hiss edib. Azarkeş xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. “Leyptsiq” “tvitter” səhifəsində azarkeşin ailəsinə başsağlığı verib.

 

Qeyd edək ki, qarşılaşma “Leyptsiq”in qələbəsilə başa çatıb - 4:0.


Digər xəbərlər

Xəbər xətti