"Qarabağ" tarix yazdı

20:51 16 Aprel 2017

"Qarabağ" Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "İnter"ə qalib gəlməklə həm 2016/17 mövsümünün çempionu olub, həm də tarixi uğura imza atıb.

 

Sportarena.az xəbər verir ki, ardıcıl 4-cü, ümumilikdə 5-ci dəfə Azərbaycan çempionu olub. Ağdam təmsilçisi ölkə futbolu tarixinə ardıcıl 4 mövsüm birinci yeri tutan ilk komanda kimi düşüb. 2013/14, 2014/15, 2015/16 mövsümlərində də çempion olan “Qarabağ” ilk uğurunu 1993-cü ildə əldə edib.

 

Qeyd edək ki, ümumilikdə “Neftçi” 8, “Qarabağ” 5, “Kəpəz” 3, “İnter”, “Bakı”, “Şəmkir” 2, “Turan”la “Xəzər Lənkəran” 1 dəfə Azərbaycan çempionu olub.

 

1992

“Neftçi” (Bakı)

1993

“Qarabağ” (Ağdam)

1993/94

“Turan” (Tovuz)

1994/95

“Kəpəz” (Gəncə)

1995/96

“Neftçi” (Bakı)

1996/97

“Neftçi” (Bakı)

1997/98

“Kəpəz” (Gəncə)

1998/99

“Kəpəz” (Gəncə)

1999/2000

“Şəmkir”

2000/01

“Şəmkir”

2001/02

yarımçıq qalıb

2003/04

“Neftçi” (Bakı)

2004/05

“Neftçi” (Bakı)

2005/06

“Bakı”

2006/07

“Xəzər Lənkəran”

2007/08

“İnter” (Bakı)

2008/09

“Bakı”

 2009/10

 “İnter” (Bakı)

2010/11

“Neftçi” (Bakı)

2011/12

“Neftçi” (Bakı)

2012/13

“Neftçi” (Bakı)

2013/14

"Qarabağ" (Ağdam)

2014/15

"Qarabağ" (Ağdam)

2015/16

"Qarabağ" (Ağdam)

2016/17

"Qarabağ" (Ağdam)


Xəbər xətti