Sportarena.az
19 Avqust 2017

"4-cü dəfə çempion olmaq çox xoşdu" - Qurban Qurbanov - MÜSAHİBƏ

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə “İnter”i 3:0 hesabıyla məğlub edərək, sona iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az komanda.az saytına istinadən xəbər verir ki, “köhlən atlar”a ardıcıl 4-cü dəfə ölkənin ən güclüsü adını qazandıran Qurbanov bunları deyib:

 

- Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizi də təbrik edirəm. Bu titulu saxlamaq, qorumaq çətin olsa da, vəzifəmizdi. Buna nail olmaq bizim üçün xoşdu. “İnter”i ilin komandası adlandırardım. Çətinliklərə baxmayaraq, layiqli oyun göstərdilər. Hamısı öz oyunçularımızdı. Onlara uğurlar arzulayıram. İstərdim ki, şəraitləri düzəlsin, imkanları genişləsin.

 

- Komanda 5-ci dəfə çempion oldu. Bunu sizin üçün ideal saymaq olar?
- Mənim tərəfimdən əla qiymət verməliyik. Hər şey ideal deyil. Ardıcıl 4-cü dəfədi çempionluq bizə nəsib olur. Bəzən futbolçular titul qazanandan sonra həvəsdən düşürlər. İstəməzdik ki, bizdə də belə olsun.

 

- Növbəti iki turda əsas heyətə istirahət verəcəksiz?
- 4-cü dəfə çempion olmaq çox xoşdu. Bu bizim işimizdi. İdmançı daim maksimum nəticə üçün meydana çıxmalı, özünü yaxşı formada saxlamalıdı. Çətin olsa da, bunu bacardıq. Bu, kubokun final matçına əlavə motivasiya verəcək. Amma kubok tam fərqli turnirdi. Qalan iki matçda oyunçulara istirahət verməyəcəyik. Bu il cəmi 14 oyun keçirmişik, bu da çox azdı. Oyun təcrübəsini artırmalıyıq. Zədə alan oyunçularımız oldu. Məsələn, Almeyda bir neçə matçı buraxdı. Bu barədə düşünmürəm. Əksinə, qalan görüşlərdə də kim hazır olsa, ona şans verəcəyik. Çünki istirahət etməyə vaxtları olacaq. Zədəli futbolçularımız da yavaş-yavaş geri qayıdırlar. Onların təcrübə toplamağa ehtiyacları var.

 

- Düşünmək olarmı ki, sabahdan Çempionlar Liqası ilə bağlı planlar qurmağa başlayacaqsız?
- Çempionatın sonuna qədər buna vaxt ayıracam. Yəqin ki, transferlə bağlı əlavə sual olacaq. Bəli, komandada dəyişiklik olacaq. Heyəti genişləndirmək istəyirik. Çünki mövsümün gedişində 4-5 futbolçumuz zədəli oldu. Yaxşı, geniş heyətə ehtiyacımız var. Bəzi futbolçularla danışıqlar davam edir.

 

- Hansı mövqelərə daha çox ehtiyacınız var?
- Hər bir turnirin maksimumu var. Bu gün ölkə çempionatında maksimum çempionluqdu. Hər xətdə dəyişikliyə ehtiyacımız var. Bu o demək deyil ki, o xətlərdə problemimiz var.

 

- Danışıq apardığınız oyunçular arasında yerlilər varmı?
- Hazırda yoxdu.

 

- Bədavi Hüseynov və Dani Kintananın hazırkı durumu necədi?
- Kintana ancaq yay toplanışında komandaya qoşulacaq. Bədavi isə məşqlərə başlayıb. Ağrısı yoxdu. Qarşıdakı oyuna bir həftə vaxt var. Ola bilsin ki, ona qədər hazır olsun.

 

- Çempionatın tez başa çatması yay toplanışı ilə bağlı planlarınızda dəyişikliyə səbəb olacaq?
- Tolanışa tez başlayacağıq. Futbolçuların daha çox dincəlməyə ehtiyacları var. İlboyu oynayırlar, istirahət eləmirlər. Zədələr də bu yüklənmələrdən əmələ gəlir. Bu bizim üçün şans olacaq. Oyunçular daha çox dincələ biləcəklər. Millimizin toplanışı olacaq. Bildiyim qədərilə ayın 15-dən toplaşırlar. Ümid edirəm ki, qarşıdakı günlərdə proqramımızı müəyyənləşdirəcəyik.

 

- “Neftçi” ilə son turdakı matçın prinsipiallığı nə dərəcədə qalıb?
- “Neftçi” və “Qarabağ” ölkənin ən köklü iki klubudu. Bu komandaların oyunlarında azarkeş həmişə maraqlı oyun gözləyib. Çalışacağıq baxımlı oyun göstərək ki, azarkeşlər zövq alsınlar. Oyunumuzla, davranışımızla onları stadiona cəlb etməyə çalışmalıyıq. “Neftçi” və “Qarabağ” bu baxımdan bir nömrədi.

 

- Riçard Almeydanı sırf bu oyun üçün saxlamışdız?
- Ötən oyunda əsas heyətdə meydana çıxmağa tam hazır deyildi. Bu gün də tam hazır deyildi. Bilirdik ki, 90 dəqiqə meydanda ola bilməz. Ona görə də ikinci hissədə əvəzlədim. Yorğun halda meydanda saxlamağın bir faydası yoxdu. 60 dəqiqə bütün gücünü göstərdi. Düşünürəm ki, qarşıdakı oyuna daha hazırlıqlı olacaq.

 

- Rəşad Sadıqovun komandası U-19 liqasında çempionluğa çox yaxındı. Sizcə, onun üçün hansı çempionluq daha əzizdi?
- Bunu mən deyə bilmərəm. Çox istəyirəm ki, Rəşad ilk məşqçilik ilində çempion olsun. Komandası hazırda 1-ci pillədə gedir. Məşqçiliyə başlayanda çempionluq əldə etmək asan deyil. Rəşadın yaxşı məşqçi olmaq üçün böyük potensialı var. Birdən-birə belə uğur onun gələcək işinə də müsbət təsir edəcək.

Tarix
16.04.17 [21:08]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

19 Avqust
18 Avqust 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio