Rəşad Sadıqov "Qarabağ"da qalır? - Qərarını AÇIQLADI

11:51 17 Aprel 2017

"Qarabağ" və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov futbolçu karyerasını daha bir davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçinin özü açıqlama verib. O bildirib ki, hazırda karyerasını bitirmək haqda düşünmür:

 

"Qarşıda "Qəbələ" ilə Azərbaycan Kubokunun finalı, millinin heyətində Şimali İrlandiyaya qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçı, daha sonra Çempionlar Liqasının oyunları var. Karyeramı bitirməyi düşünmürəm. Hər hansı problem ortaya çıxmasa, daha bir il oynamaq fikrindəyəm". (CBC Sport).


Digər xəbərlər

Xəbər xətti