Ramil Şeydayev Slovakiyada ikinci qolunu vurdu

12:57 17 Aprel 2017

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Slovakiyanın "Jilina" klubu son turda oynamayıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb komandanın yüksək liqadakı rəqibi "Spartak Miyava"nın çempionatdan kənarlaşdırılması olub. Nəticədə Ramil bir neçə komanda yoldaşı kimi əvəzedicilərin heyətində çempionatının lideri "Koşitse" ilə oyunda meydanda olub. Hücumçumuz "Jilina"nın 5:1 hesablı qələbəsi ilə nəticələndiyi matçın 20-ci dəqiqəsində qol müəllifi olub.

 

Bu qələbə sayəsində "Jilina"nın ikinci komandası 21 oyundan 33 xalla turnir cədvəlində 9-cu pilləyə qalxıb.

 

Qeyd edək ki, Ramil qış fasiləsində "Trabzonspor"dan icarəyə verildiyi "Jilina"nın əsas komandasında da 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti