Rafael Ağayev Mərakeşdə çempion oldu

15:35 17 Aprel 2017

Tanınmış karateçi, 5 qat dünya, 12 qat Avropa çempionu Rafael Ağayev növbəti dəfə çempion olub.

 

Sportarena.az xəbər verir ki, Mərakeşdə keçirilən “Karate1” yarışında iştirak edən təmsilçimiz ardıcıl 6 yarışda rəqiblərini məğlub edib. 75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə çıxış edən idmançımız finalda Səudiyyə Ərəbistanından olan Raef Alturkistani ilə qarşılaşıb.

 

Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edərək qızıl medalın sahibi olub.


Digər xəbərlər

Xəbər xətti