Lisenziyalaşdırma Qrupu seminar keçirdi

17:25 17 Aprel 2017

Bu gün AFFA-nın Futbol Akademiyasının inzibati binasında Lisenziyalaşdırma Qrupu tərəfindən Azərbaycan Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar keçirilib.

 

Sportarena.az xəbər verir ki, seminarda UEFA-nın Maliyyə Fair Play qaydaları müzakirə olunub və klub nümayəndələri 2016-cı maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər. 


Digər xəbərlər

Xəbər xətti