Beyl "Bavariya"ya qarşı oynamyacaq?

17:49 17 Aprel 2017

“Real”ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya”ya qarşı cavab matçında oynamayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın AS nəşri yayıb. Xəbərdə uelsli futbolçunun əvvəllər əməliyyat keçirdiyi ayaq əzələsindəki zədəyə görə komandanın son məşqini buraxdığı qeyd edilib.

 

“Real” - “Bavariya” oyunu sabah saat 22:45-də başlayacaq. Bu komandalar arasında Münhendə keçirilmiş ilk oyun “kral klubu”nun 2:1 hesablı qələbəsiylə nəticələnmişdi.


Digər xəbərlər

Xəbər xətti