"Boavişta" Kamran Ağayevi qovdu - RƏSMİ

18:14 17 Aprel 2017

"Boavişta" qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.
 
Sportarena.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Azərbaycan millisinin üzvü ilə mövsümün sonunadək qüvvədə olan müqaviləyə xitam verilib. Portuqaliya klubu 31 yaşlıiqolkiperə karyerasında və şəxsi həyatda uğurlar arzulayıb.
 
Qeyd edək ki, Ağayev mövsümün əvvəlində müqavilə imzaladığı "Boavişta"nın heyətində 14 oyunda meydana çıxıb.


Xəbər xətti