"İndi 100 milyonluq futbolçu yoxdur" - Poqba - AÇIQLAMA

18:53 17 Aprel 2017

"Mançester  Yunayted"in yarımmüdafiəçisi Pol Poqba maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki Fransa millisinin üzvü transfer qiymətinin çox müzakirə olunmasına münasibət bildirib:

 

"Hər kəs mənim transfer qiymətimdən danışır. Mən də normal bir insanam. Fikrimcə, heç kim 120 milyon avro dəyərində deyil. Hazırda futbolçuların transferi üçün böyük məbləğlər xərclənir. Yenə deyirəm, indi 100 milyonluq futbolçu yoxdur".

 

Qeyd edək ki, Poqba ötən il "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon funta transfer olunub.


Xəbər xətti