AFFA "Sumqayıt"ın futbolçusunu cəzalandırdı - Hakimi söydüyünə görə

13:00 18 Aprel 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 26-cı turunun “Sumqayıt” - “Zirə” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın futbolçusu Nicat Muxtarov hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

 

Əvəzedici heyətlərin 26-cı turunun “Sumqayıt” - “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

 

Birinci divizionun 24-cü turunun “Turan Tovuz” - MOİK matçında “Turan Tovuz” və MOİK klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti