"Leypsiq" şokda - Çempionlar Liqasında oynamaya bilər

14:23 18 Aprel 2017

"Leypsiq" klubu Almaniya Bundesliqasında Çempionlar Liqasına vəsiqə verən ilk 4-lükdə yerini təmin etməsinə baxmayaraq, gələn mövsüm Avropanın bir nörməli klub turnirində iştirak etməyə bilər.
 
 
Sportarena.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Buna səbəb UEFA-nın avrokuboklarda eyni rəhbəri olan iki klubunun iştirakının qadağan olunmasıdır. Belə ki, "Red Bull" şirkəti "Leypziq" ilə "Zalsburq" klublarının sahibidir.
 
 
Hansı klubun turnirdə iştirak edəcəyinə mövsümün sonunda UEFA qərar verəcək. 


Xəbər xətti