Dəniz Yılmaz əsas heyətdən uzaqlaşdırıldı

16:21 18 Aprel 2017

"Bursaspor"un futbolçusu Dəniz Yılmaz Türkiyə superliqasında "Akhisar”la səfər matçında əsas heyətdə meydana çıxmayacaq.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Mutlu Topçu millimizin hücumçusuna sözügedən qarşılaşmada oynatmamağa qərar verib. Yılmazın son oyunlarda pis çıxışı səbəbindən baş məşqçi bu addımı atıb. Topçunun onun əvəzində zədəsini sağaldan rumıniyalı Boqdan Stankuya şans verəcəyi gözlənilir.

 

Qeyd edək ki, "Akhisar” – "Bursaspor” oyunu aprelin 23-ü keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti