"İnter" Simeoneylə danışıqlara başlayıb?

17:26 18 Aprel 2017

“İnter” “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, “İnter” Simeoneyə fantastik təklif irəli sürüb. İtaliya nəhəngi argentinalı mütəxəssisə 5 illik müqaviləyə görə 50 milyon avro məvacib təklif edib. Məlumata görə, artıq “İnter” rəhbərliyi Simeone ilə müəyyən məsələləri müzakirə edib.

 

Klub baş məşqçi dəyişikliyində israrlıdı. Simeone ilə danışıqlar baş tutmasa, rəhbərlik “Çelsi”nin çalışdırıcısı Antonio Konte variantına üz tutmağı planlaşdırır.


Xəbər xətti