Əlcəzair millisinin Bakıya bu heyətlə gələcək - SİYAHI

18:09 18 Aprel 2017

Bakıda təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına qatılacaq 23 yaşadək futbolçulardan ibarət Əlcəzair millisinin heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, millinin heyəti Əlcəzair çempionatında çıxış edən futbolçulardan təşkil olunub. İslam Oyunlarında hər komandada 23 yaşdan yuxarı üç futbolçunun olmasına icazə verilir. Amma bu baxımdan, Əlcəzair yığmasında təkcə qapıçı Çemseddin Rahmaniyə güvəniblər.

 

Qapı: Çemseddin Rahmani (Bejaya), Abdelmumen Sifur (USM Əlcəzair), Zakaria Buhalfaya (Hussein Dey)

Müdafiə: Hamza Muali, Yusef Duar (hər ikisi “Paradu”), Abdelqani Buzidi, Mohamed Xaçef (hər ikisi “Hussein Dey”), Aymen Attu (Setif), Abdelcalil Semmane (USM Əlcəzair)

Yarımmüdafiə: Abderrahim Hamra, Abderrauf Benqui (hər ikisi “USM Əlcəzair”), Maher Azzuz (Batna), Muhammed Meruani (Klef), Messala Merbah (Saura), Zakaria Drui (Beluizdad), Ahmed Qaqa (Paradu), Laid Uadji (El Harraç)

Hücum: Farid Melali, Tayeb Meziani (hər ikisi “Paradu”), İlyes Yayçe (USM Əlcəzair), İsmail Sadi (Setif), Karim Aribi (Beluizdad), Dayeddin Qudcil (Medea).
 

Qeyd edək ki, Əcəzair millisi B qrupunda Türkiyə, Fələstin və Omanla birgə yer alıb.


Digər xəbərlər

Xəbər xətti