Zidanın "Real"dakı taleyinə aydınlıq gəldi

18:51 18 Aprel 2017

"Real" rəhbərliyi baş məşqçi Zinəddin Zidanla bağlı yekun qərarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisinin başbilənləri fransız mütəxəssislə yola davam edəcək.Bu iddia ilə kluba yaxınlığıyla bilinən "Marca" nəşri çıxış edib. Belə ki, La Liqa və Çempionlar Liqasında uğursuz nəticə qeydə alınsa belə, Florentino Peres Zidanı başqası ilə əvəzləmək fikrində deyil.

 

Qeyd edək ki, "Real" hazırda bir oyun az keçirməklə 75 xalla La Liqanın ilk pilləsində qərarlaşıb. "Kral klubu" eyni zamanda Çempionlar Liqasında yarımfinala adlamağa çox yaxındı.


Digər xəbərlər

Xəbər xətti