"Borussiya" Obameyanqa əvəzləyici tapdı

21:39 18 Aprel 2017

“Lion”un hücumçusu Aleksandr Lakazet növbəti mövsümdən Almaniya Bundesliqasında çıxış edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “Bild” nəşri yayıb. Xəbərdə Dortmund “Borussiya”sının fransalı hücumçunun xidmətində maraqlı olduğu qeyd edilib. Dortmund təmsilçisinin əsas hücumçusu Pyer-Emerik Obameyanqın komandadan ayrılacağı təqdirdə, qabonlu forvardı “Lion”un hücumçusu ilə əvəz etməyi planlaşdırdığı iddia edilib.

 

Xəbərdə həmçinin, Fransa təmsilçisinin 52 milyon avro qarşılığında Lakazetin satılmasına razı olduğu vurğulanıb.

 

Fransalı hücumçunun xidmətində İngiltərə klubları “Arsenal” və “Vest Hem” də maraqlıdı.


Xəbər xətti