Aqolli "Qarabağ"dan ayrılmayacaq

17:49 19 Aprel 2017

Albaniya millisinin müdafiəçisi və kapitanı Ansi Aqolli ardıcıl 4-cü dəfə çempion olduğu “Qarabağ"la yeni müqavilə imzalayacaq.  

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı albaniyalı futbolçu ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, ölkəmizdə oynamaqdan xoşbəxtdir və qarşıdakı bir ili də Ağdam klubunda keçirmək istəyir. 

 

Qeyd edək ki, Albaniya millisinin kapitanı 2012-ci ildən "Qarabağ"da çıxış edir. 


Xəbər xətti