30 ildən sonra məhkəmə çempionu elan etdi

18:56 19 Aprel 2017

Braziliyada “Sport Resife” və “Flamenqo” klubları arasındakı mübahisəli çempionluq məsələsinə aydınlıq gətirilib.

 

Sportarena.az xəbər verir ki, 1987-ci ildə federasiyanın təşkil etdiyi çempionatda “Sport Resife”, klubların təşkil etdiyi çempionatda isə “Flamenqo” qalib gəlmişdi. Aradan keçən 30 il müddətində həmin mövsümün çempionunun kim olması mübahisə mövzusu olaraq qalmışdı. Braziliya Futbol Federasiyası bu komandalar arasında görüşün keçirilməsi, çempionun məhz bu yolla müəyyənləşdirilməsini təklif etsə də, “Flamenqo” təklifi rədd edib.

Belədə, Braziliya Apelyasiya Məhkəməsi mübahisəli məsələyə son qoyub. Məhkəmə məsələni səsverməyə qoyub və 3 lehinə, 1 əleyhinə olmaqla “Sport Resife” 1987-ci ilin çempionu olaraq təsdiqlənib.


Digər xəbərlər

Xəbər xətti