Aqolli: "Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik" - AÇIQLAMA

20:46 19 Aprel 2017

“Ardıcıl dördüncü dəfə çempion olduq. Komandamızda bu mövsüm zədəlilərin çox olmasına baxmayaraq, bütün futbolçular xarakter göstərdi və çempion olduq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına müsahibəsində deyib. Ardıcıl 4-cü çempionluqlarından danışan 34 yaşlı futbolçu hazırda qarşıdakı oyunları və kubokun finalında "Qəbələ"yə qarşı keçirəcəkləri matçdan danışıb:

 

"Bir neçə gün sonra ölkə kubokunun finalının hazırlıqlarına başlayacağıq. "Qəbələ" güclü futbolçulardan ibarət bir komandadır, bizi ağır oyun gözləyir. Mövsümü "qızıl dubl"la tamamlamaq istəyirik".

 

Aqolli bu mövsüm avrokuboklardakı hədəflərinin Çempionlar Liqasının qrup mərhələsində oynamaq olduğunu deyib:

 

"Biz çempionluğu əldə etdik, digər həfəimiz isə kuboku başımız üzərinə qaldırmaqdır. Bundan sonra ÇL haqda düşünəcəyik. Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik". 


Xəbər xətti