UEFA-dan "Lion"a və "Beşiktaş"a 1 illik cəza

10:18 20 Aprel 2017

UEFA Avropa Liqasının 1/4 final mərhələsində keçirilən  “Lion” - “Beşiktaş” ilk oyunu ilə (2:1) bağlı qərarlarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, hər iki klub 100 min avro məbləğində cərimələnib. Bundan başqa hər iki komanda şərti olaraq  1 mövsüm avrokuboklardan uzaqlaşdırılıb. Əgər qarşıdakı iki il ərzində hər iki komandanın oyunlarında oxşar hadisə təkrarlansa, qərar qüvvəyə minəcək.

 
Qeyd edək ki, “Lion” - “Beşiktaş” oyunundan öncə yerli və qonaq komandanın azarkeşləri arasında dava olub. Buna görə matç təxminən 50 dəqiqə gec başlayıb.


Digər xəbərlər

Xəbər xətti