"Atletiko"da ciddi itki

11:21 20 Aprel 2017

“Atletiko” itkiylə üzləşib.

 

Sportarena.az xəbər verir ki, “hindular”ın müdafiəçisi Xuanfran Çempionlar Liqasının “Lester”ə qarşı səfər oyununda (1:1) sıradan çıxıb. Sağ ayaq əzələsindən zədə alan 32 yaşlı müdafiəçi bir müddət komandasına kömək edə bilməyəcək. İspaniyanın AS qəzetinin məlumatına görə, Xuanfran 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

 

Qeyd edək ki, “Atletiko” iki oyunun nəticəsinə əsasən (1:0, 1:1) “Lester”i mübarizədən kənarlaşdıraraq, Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti