"Beşiktaş"ın Avropa macərası başa çatdı - YENİLƏNİB

10:05 21 Aprel 2017

Çempionlar Liqasının ardınca bu gün Avropa Liqasında da 1/4 final mərhələsinə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, yerli futbolsevərlərin diqqəti İstanbulda keçiriləcək matçda olacaq. Belə ki, ilk görüşdə "Lion"a səfərdə 1:2 hesabı ilə uduzan "Beşiktaş" doğma azarkeşləri önündə bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Ağ-qaralar"ın növbəti mərhələyə yüksəlmək üçün qələbə qazanmaqdan başqa çarəsi yoxdur.

 

Gecənin maraqlı hesab edilən oyunlarından daha biri İngiltərədə keçiriləcək. "Mançester Yunayted" ilk oyunda səfərdə məğlub edə bilmədiyi "Anderlext"i qəbul edəcək.

 

Avropa Liqası: 1/4 final, cavab oyunları

20 aprel

23:05 Beşiktaş - Lion 2:1 6:7-pen (ilk oyun 1:2)

23:05 Mançester Yunayted - Anderlext 2:1 (1:1)

23:05 Genk - Selta 1:1 (2:3)

23:05 Şalke - Ayaks 3:2 (0:2)


Digər xəbərlər

Xəbər xətti