Qriqorçuk milli komandada işləməkdən imtina edib?

17:43 20 Aprel 2017

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk futbol üzrə Latviya milli komandasına rəhbərlik etmək təklifindən imtina edib.

 

Sportarena.az xəbər verir ki, bunu Latviya Futbol Federasiyasının baş katibi Yanis Mejetskis bildirib. Onun sözlərinə görə, 52 yaşlı ukraynalı mütəxəssis klubda işləməyin onun üçün daha rahat olduğunu əsas gətirərək, təkliflə razılaşmayıb. Bundan sonra komanda Aleksandr Starkova tapşırılıb.

 

Qeyd edək ki, Roman Qriqorçuk məşqçilik karyerasına Latviyada başlayıb. O, “Dinaburq” (1998-2005) və “Ventspilis” (2005-2009) komandalarına rəhbərlik edib. Ukraynalı mütəxəssis 2015-ci ilin yanvarından “Qəbələ”nin baş məşqçisidi. (“Report”)


Xəbər xətti