Rüstəm Orucov ermənini məğlub etdi

17:15 21 Aprel 2017

Bolqarıstanın Sofiya şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında çıxış edən idmançımız Rüstəm Orucov 1/4 finala adlayıb.

 

Sportarena.az xəbər verir ki, Orucov 1/8 finalda erməni Ferdinand Karapetyanı məğlub edib. Rüstəm yarışa 1/16 finaldan qoşulub. O, bu mərhələdə Andre Seppa (Estoniya) ilə qarşılaşıb. Təmsilçimiz rəqibini tatamiyə çıxmağa peşman edib və ipponla qalib gəlib.

 

Rüstəm 1/8 finalda ermənistanlı Ferdinand Karapetyanla mübarizə aparıb. Cüdoçumuz ermənini də yarışdan kənarlaşdırıb. Orucov yarımfinalda Musa Moquşkovla qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti