"Qarabağ" qızıl medallarına nə vaxt qovuşacaq? - RƏSMİ

18:12 21 Aprel 2017

“Qarabağ” klubuna çempionluq kuboku və qızıl medallar Azərbaycan Premyer Liqanın növbəti - 27-ci turunda veriləcək.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ” mükafatlarına doğma meydanı olan “Azersun Arena”da keçiriləcək “Sumqayıt”la görüşdən sonra qovuşacaq.

 

Qeyd edək ki, PFL daha əvvəl "Qarabağ"a qızıl medal və çempionluq kubokunun sonuncu turda "Neftçi" ilə oyunda veriləcəyini açıqlamışdı.


Xəbər xətti