Ziya Əzizov oynadı, komandası xal itirdi

10:41 22 Aprel 2017

Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 36-ci turun oyunları keçirilib.


Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun şərəfini qoruduğu "Den Boş" doğma meydanda "Fortuna Sittard"ı qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Ziya bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, "Den Boş" 36 turdan sonra aktivində olan 42 xalla 20 komanda arasında 14-cü pillədə yer alıb.


Digər xəbərlər

Xəbər xətti