Millimiz ikinci oldu - UEFA-nın turnirində

11:32 22 Aprel 2017

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci yeri tutub.

 

Sportarena.az xəbər verir ki, son oyunda Qazaxıstan komandası ilə qarşılaşan yığmamız Lamiyə Qurbanovanın dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanıb.

 

Qeyd edək ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina komandasına 1:3 hesabı ilə məğlub olmuş, növbəti qarşılaşmada isə Monteneqro yığmasına penalti seriyasında qalib gəlmişdi.


Digər xəbərlər

Xəbər xətti