Nazarov komandasını məğlubiyyətdən xilas etdi

17:49 22 Aprel 2017

Almaniyanın 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" bu turda 2-ci pillədə qərarlaşmış "Hannover"i qəbul edib. Oyunda qalib müəyyənləşməyib - 2:2. Nazarov komandasını məğlubiyyətdən xilas edib. Millimizin futbolçusu 90+4-cü dəqiqədə fərqlənib və "Aue"yə vacib 1 xal qazandırıb.

 

Qeyd edək ki, "Aue" hazırda turnir cədvəlində 33 xalla 15-ci pillədədi.


Digər xəbərlər

Xəbər xətti