"Qarabağ" ilk ulduzuna qovuşdu - FOTO

10:39 23 Aprel 2017

Son 4 ildə Azərbaycan çempionu olan “Qarabağ” ilk ulduzuna qovuşub. 

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun feysbuk səhifəsində yer alan fotoda “Qarabağ”ın loqosunun üzərində ilk ulduz işarəsi yer alıb. 


Qeyd edək ki, bir çox ölkələrdə hər 5, bəzilərində isə 10 çempionluğa görə komandanın loqosunda 1 ulduz işarə qeyd olunur. Ağdam təmsilçisi isə cari mövsüm ardıcıl dördüncü dəfə qızıl medallara yiyələnməklə, ümumi çempionluq sayını 5-ə çatdırıb. 

 


Xəbər xətti