"Kəpəz" və "Qarabağ" qalib gəldi və Zirədə "sülh" - YENİLƏNİB

18:58 23 Aprel 2017

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutacaq. Avropa Liqasına vəsiqə qazanmaq istəyən "Kəpəz" AZAL-ın qonağı olacaq. Eyni iddia ilə mübarizə aparan "Zirə" ilə "Neftçi" isə birincilərin meydanında münasibətlərini aydınlaşdıracaqlar. Avliqa şanslarını qoruyan "Sumqayıt" isə çempionluğunu rəsmiləşdirən "Qarabağ"ın qonağı olacaq.

 

Azərbaycan Premyer Liqası, 27-ci tur

23 aprel

AZAL - Kəpəz 1:2

Qollar: Frank Madu, 82 - Serjio Kosta, 35; 41.
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şaiq Həmidov
Bakı. “AZAL Arena”, 17:00

 

Zirə - Neftçi 2:2 

Qollar: Təmkin Xəlilzadə, 42. Qadze, 63 - İqnasio Herrera Fernandes, 34. Daniel Seqoviya, 90.

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə. Olimpiya idman kompleksinin stadionu, 17:00

 

Qarabağ - Sumqayıt 2:1

Qol: Muarem Muarem, 12. Elşən Abdullayev, 82 - Amil Yunanov, 83.

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
Suraxanı. “Azersun Arena”, 17:00

 

24 aprel

Qəbələ - İnter
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ. Şəhər stadionu, 14:30


Digər xəbərlər

Xəbər xətti