"Borussiya"da ciddi itki - Yenə zədələndi

14:41 23 Aprel 2017

Almaniya Bundesliqasının 30-cu turunda səfərdə Münhenqladbax “Borussiya”sına qalib gələn (3:2) Dortmund “Borussiya”sı yarımmüdafiəçisi Nuri Şahini itirib.

 

Sportarena.az xəbər verir ki, matçın 22-ci dəqiqəsində zədələnərək əvəzlənən türkiyəli futbolçunun zədəsinin ciddi olduğu deyilir. Klubun idman direktoru Mixael Zork yerli mətbuata açıqlamasında futbolçunun ayağında qırıq olduğunu, növbəti turlarda böyük ehtimalla şans qazana bilməyəcəyini deyib.

 

Qeyd edək ki, uzun müddət zədədən əziyyət çəkən 28 yaşlı futbolçu sıraya yeni qayıtmışdı. Şahin cari mövsümdə cəmi 4 oyunda şans qazanıb.


Digər xəbərlər

Xəbər xətti