"Neftçi"də kobud səhv - Texniki məğlubiyyət gözləyir

19:37 23 Aprel 2017

Topaz Premyer Liqasının 27-ci turunda "Zirə" ilə matçda “Neftçi” legioner limitini pozub.
 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Elxan Abdullayev oyunun gedişində əvəzetmə edərkən səhvə yol verib. Belə ki, matçın 67-ci dəqiqədə Ruslan Abışovu Uqo Barqas əvəzləyib. Bundan sonra “Neftçi” meydanda 4 azərbaycanlı oyunçu ilə qalıb. Bununla da komanda çempionatın reqlamentini pozub. Bu əvəzedtmədən bir qədər sonra Elxan Abdullayev səhvini başa düşərək 7-ci legioneri meydandan çıxararaq yerli futbolçu ilə əvəzləyib.  
 

Bu səhvə görə AFFA İntizam Komitəsinin “Neftçi”yə texniki məğlubiyyət verəcəyi gözlənilir.
 

Qeyd edək ki, Topaz Premyer Liqanın reqlamentinə görə, komandalar ən azı 5 yerli futbolçu ilə oynamaldır.


Digər xəbərlər

Xəbər xətti