Qurban Qurbanov mükafatlandırma mərasiminə qatılmadı - FOTO

01:40 24 Aprel 2017

Dünən "Qarabağ" - "Sumqayıt" oyunundan sonra 5-ci dəfə Azərbaycan çempionatının qalibi adını qazanan Ağdam klubuna qızıl medallar təqdim olunub.

Sportarena.az qol.az -a istinadən xəbər verir ki,komandanın üzvlərinə mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev və "Qarabağ"ın sahibi Abdulbari Gözəl təqdim ediblər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimini kənardan izləyib və medalını almayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Qurban Qurbanovun anası dünyasını dəyişib. Onun məhz bu səbəbdən mükafatlandırmaya qatılmadığı bildirilir.


Xəbər xətti