Emin oynadı, "Boavişta" qalib gəldi

11:31 24 Aprel 2017

Portuqaliya Premyer Liqasında 30-cu tura start verilib. 

 

Sportarena.az xəbər verir ki, yığmamızın üzvü Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” “Gimaraynş”ın qonağı olub. Eminin start heyətində meydana çıxdığı və 55-ci dəqiqədə əvəzləndiyi matç 2:0 hesabıyla qonaqların qələbəsiylə nəticələnib. 

 

Qeyd edək ki, “panteralar” bir neçə gün öncə millimizin digər üzvü Kamran Ağayevlə müqaviləyə xitam verib.


Xəbər xətti