Amit AEL-ə lazım deyil?

12:06 24 Aprel 2017

Yunanıstan Super Liqasında 29-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Amit Quluzadənin şərəfini qoruduğu AEL evdə “Ksanti” ilə qarşılaşıb. Oyun Larisa təmsilçisinin minimal hesablı qələbəsiylə nəticələnib. Amitin adı oyunun iştirak ərizəsinə salınmayıb.

 

Bu oyundan sonra hesabında 28 xal olan AEL 16 komanda arasında 13-cü sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti