"İnter"də toy - Komanda toya gedə bilmir - AÇIQLAMA

15:14 24 Aprel 2017

Azərbaycan Premyer Liqasının 27-ci turunda "Qəbələ"nin qonağı olan "İnter"in heyətində ciddi tiki var.

 

Sportarena.az-ın Qəbələyə ezam edilmiş əməkdaşının verdiyi məlumata görə, paytaxt klubu yarımmüdafiəçisi Mirhüseyn Seyidovun xidmətindən yararlana bilmir. Buna səbəb bu gün futbolçunun toy gününün olmasıdı

 

Bu barədə "ağ-göylərin"ın mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov əməkdaşımızla söhbətində məlumat verib. Məmmədov klub nümayəndələrinin mərasimdə iştirak edib-etməyəcəyi haqqında məlumatsız olduğunu söyləyib:

 

"Toy öncədən planlaşdırılmışdı. Oyunun vaxtının dəyişdiriləcəyi barədə öncədə məlumatımız yox idi. Ona görə də bütün planlar pozuldu. Futbolçu oyunda iştirak edə bilmədi, bizim də toy mərasimində iştirakımız sual altındadı".


Digər xəbərlər

Xəbər xətti