Zaur Svanadze: "Üç futbolçumuz "Neftçi"yə keçir" - MÜSAHİBƏ

19:27 24 Aprel 2017

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində bu gün "İnter" “Qəbələ”nin qonağı olub.

 

Sportarena.az xəbər verir ki, 3:4 hesabı ilə məğlub olan paytaxt klubunun baş məşqçisi Zaur Svanadze oyundan sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

 

Oyun çətin keçdi. Rəqib qapımız qarşısında çoxlu qol epizodları yaratdıl. Oyunu izlədiniz, komandanın vəziyyəti ortadadı. Futbolçular çox yorğun idilər. Çoxlu zədəlilərimiz vardı. Bu məqamları nəzərə alsaq, komandadan razıyam. Bürünc medala görə futbolçuları təbrik edirəm. Bundan sonra mövsümün sonuncu matçına  hazırlaşacağıq.

 

- Komandaların açıq və təmiz futbola üstünlük verdiyini şahidi olduq. Bu məqamları nəzərə alsaq, bu matçı mövsümün oyunu adlandırmaq olar?

- Fikrinizlə razıyam. Futbolçular çox sərbəst oynadılar. Bu səbəbdən açıq, maraqlı futbol alındı. Amma 4 qol buraxmağımız yaxşı olmadı. “Qəbələ”nin daha çox qol epizodu oldu. Həmin imkanları dəyərləndirə bilmədilər. Əvəzində bütün qolları rəqibə asanlıqla “hədiyyə etdik”. Bu, futbolçuların yorğunluğu ilə əlaqəlidi. Növbəti oyunda bir neçə oyunçuya istirahət verə bilərəm.

 

- Klublar bir sıra futbolçularınızın arxasınca düşməyə başlayıblar. Bəs sizin xidmətinizdə maraqlı olan klub varmı?

- Xeyr, elə şey yoxdur. Məni yox, amma uşaqları istəyən komandalar var. Mənə deyilənə görə, Səlahət Ağayev artıq “Neftçi” ilə müqavilə imzalayıb. Nizami Hacıyev də böyük ehtimalla “Neftçi”də çıxış edəcək. Tərlan Quliyev də eynu ehtimal var. O da “Neftçi”yə keçəcək. Onlara təşəkkür edirəm.

 

- Üzünüz gülür, bu oyundan sonra major notlarla çempionatı bitirib, yeni mövsümə də eyni əhval-ruhiyədə başlamaq istəyərdinizmi?

- Buna həmişə hazırıq. Klubun gələcək taleyi heç kimə məlum olmadığından, bir söz deyə bilmirəm. Vəziyyət yaxşı olacaqsa, biz növbəti mövsümdə çıxış etməyə hazırıq.


Xəbər xətti