"Gümüş medal acı gəlir" - Rəşad Sadiqov - MÜSAHİBƏ

20:46 24 Aprel 2017

"Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu çempionluq yarışında qırılma nöqtəsi olan matçlardan danışıb:

 

- Komandanın mövsüm ərzindəki çıxışı barədə nə deyərdin?

- Mövsüm doğurdan da ağır keçdi. Çempionluğa oynayırdıq, sonda ikinci olduq. Çempion ola bilmədiyimiz üçün üzülürük. Sona bir neçə tur qalmış çempionluq əlimizdən çıxdı.

 

- Sizin üçün çempionatın qırılma nöqtəsi hansı oyun oldu?

- Bir neçə oyunda oldu. AZAL və "Zirə” ilə oyunları deyərdim. Hər iki oyunda qələbəni əldən verdik. Üstün olduğumuz oyunlarda heç nədən toplar buraxdıq.

 

- Bəs çempionluğu əldən verməyinizdə hakimlərin rolu nə qədər oldu?

- Hakimlərin səhvləri oldu. Bir neçə oyunda baş verdi. Amma öz səhvlərimiz də bar. Elə oyunlar var ki, xal itirməməli, qalib gəlməli idik. 

 

- Gümüş medal boynundadı, şirin gəlir, yoxsa qızıl istəyərdin?

- Əlbəttə ki, acı gəlir. Çempion olmaq istəyərdik. Bu, o zaman şirin olardı.

 

- Kuboku qazanmaqla günahınızı yuya biləcəksiz?

- Bunun üçün əlimizdən gələni edəcəyik.

 

- Yenə mərkəz müdafiəçisi kimi oynayırdın...

- Bu mənim işimdi, harda qoysalar oynamalıyam. Məşqçiyə də demişəm. Bir qapıdan, bir də hücumdan başqa harda desə orda oynayacam (gülür). Futbolçu peşəkar olmalıdı.

 

- Qol vurmağı yaxşı bacarırsan, niyə hücumçu kimi oynamırsan?

- Hücumda oynaya bilmərəm, o mövqedə bacarmaram. Bunu etiraf edirəm (gülür).


Digər xəbərlər

Xəbər xətti